Avropa İnsan Haqları Məhkəməsi Ermənistan əleyhinə iki qərar çıxardı
Bütün Xəbərlər
14:09 14.01.2012
1229
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iki nəfər Ermənistan vətəndaşı olan “Yehova şahidləri” təriqəti üzvünün lehinə qərar çıxarıbAZXEBER.COM-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi əsgərlik xidmətini yerinə yetirmək istəməyən iki gəncə dair “Buxaratyan-Ermənistana qarşı” və “Tsaturyan-Ermənistana qarşı” iddiaları üzrə Ermənistan əleyhinə iki qərar çıxarıb. Hər iki şəxs “Yehova şahidləri” təriqətinin üzvləridir. Hayk Buxaratyan və Aşot Tsaturyan 2003-cü ildə dini inanclarını səbəb göstərərək Ermənistan ordusunda xidmət etməkdən imtina ediblər. Buna görə də 2 il həbs cəzasına məhkum olublar. “Yehova şahidləri” Dini qurumundan verilən məlumata görə, son vaxtlarda daha “Yehovanın şahidləri” təriqətinin beş üzvü hərbi xidmətdən yayındığına görə həbs edilib.