Avropa İttifaqı 2027-ci ildə Rusiyadan enerji idxalını tamamilə dayandıracaq

Avropa İttifaqı 2027-ci ildə Rusiyadan enerji idxalını tamamilə dayandıracaq
DÜNYA
00:56 15.10.2026
192
"Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyanın enerji resurslarından asılılığını 45 faizdən 12 faizə endirib, 2027-ci ildə bunun tamamilə aradan qaldırılması planlaşdırılır”.

Bunu Avropa Komissiyasının sözçüsü Anna-Keys İtkonen deyib.

Mətbuat katibinin sözlərinə görə, Avropa İttifaqı rekord sayılacaq qısa müddətdə Rusiyanın enerji resurslarından asılılığını azaltmağa nail olub.

"Rusiyadan asılılığımızın kəskin şəkildə azalması tendensiyası göz qabağındadır: 2022-ci ildə bu rəqəm 45 faiz idi, indi isə 12 faizdir. Müvafiq qanunvericiliyin müxtəlif növ müqavilələr üçün fərqli mərhələləri olduğunu nəzərə alaraq, bu asılılığı tədricən tamamilə aradan qaldıracağıq”, - İtkonen qeyd edib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR