Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına cəlb olunub

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında etimadın qurulmasına cəlb olunub
SİYASƏT
20:14 26.06.2021
786
"Biz Azərbaycan və Ermənistan arasında ilk növbədə etimadın qurulmasına kömək etməliyik”.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Tbilisidə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq bu prosesə cəlb olunub.

XİN başçısı Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşmanı çox mühüm addım adlandırıb:

"Ümid edirəm ki, bu proses davam edəcək. Tərəflər arasında kifayət qədər etimad yaranacağı halda Avropa İttifaqının bütün bölgənin əlaqələndirilməsinin gücləndirilməsinə cəlb olunmasının mümkünlüyü barədə danışmaq olar”.

"Dağlıq Qarabağ münaqişəsi zamanı dəymiş yaralar hələ də açıqdır, onlar hələ də sağalmayıb. Amma onları sağaltmaq lazımdır. Yaxşı əlamətdir ki, səfər zamanı bütün tərəflərin bu yaraları sağaltmağın lazım olduğunu anladığını gördük və bu proses üçün onlara tərəfdaşlar lazımdır. Aİ bunun üçün əlindən gələni etməyə hazırdır”.

Mətbuat Konfransında Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqda çıxış edib:

"Bizim Azərbaycan və Ermənistanla bağlı çox intensiv danışıqlarımız baş tutdu. Bizim məqsədimiz etimadın yaradılması üçün hansı tədbirlərin görülə biləcəyini bildirmək idi. Bu səfər bizim əvvəlcədən bildiyimizi təsdiqlədi: regionda ən çox tələb olunan şey etimaddır. Bizim məqsədimiz etimadın ilk toxumlarını əkmək idi”, - deyə bildirib.

O, Gürcüstanın və bu ölkənin baş nazirinin bu kontekstdə vacib rolunu alqışlayıb. A.Şallenberqin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfinə hərbçiləri verməsində və Ermənistan tərəfinin Azərbaycana Ağdamdakı minalı ərazilərin xəritəsini təhvil verməsində Gürcüstanın baş naziri vacib rol oynayıb.

"Düşünürəm ki, bu üçtərəfli əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalıdır. Biz bunu qətiyyətlə dəstəkləyirik və "3+1” formatında dialoqda iştirak etməyə hazırıq”, - avstriyalı nazir deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq