​Avropa İttifaqı-Türkiyə görüşü Ankarada terror aktı səbəbindən təxirə salınıb

DÜNYA
02:22 18.02.2016
1408

Türkiyə və Avropa İttifaqına üzv 11 ölkənin dövlət və hökumət başçılarının fevralın 18-də Brüsseldə keçirilməsi nəzərdə tutulan miqrasiya və Suriyadakı vəziyyətlə bağlı görüşü təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən TASS məlumat yayıb.

Fevralın 17-də Ankarada hərbçilərin yataqxanası yaxınlığında avtomobilin partladılması nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri də təxirə salınıb.

OXŞAR XƏBƏRLƏR