Avropa İttifaqının yeni diplomatiya rəhbəri Suriyada hakimiyyət dəyişikliyini dəstəkləyib

SİYASƏT
18:59 08.12.2024
243
Avropa İttifaqının yeni diplomatiya rəhbəri Kaya Kallas Suriyada hakimiyyət dəyişikliyini dəstəkləyib.

O, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Siyasətçinin deyib: "Suriya prezidenti Bəşər Əsədin "diktaturasının sonu” "müsbət və çoxdan gözlənilən hadisədir”.

"Bu, həm də Əsəd tərəfdarlarının – Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyin təmin edilməsidir”, - Kallas yazıb.

O, əlavə edib ki, Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcək.
 
///Apa

OXŞAR XƏBƏRLƏR