Avropa Komissiyasının prezidenti BDU-nun fəxri doktoru oldu

GƏNCLİK
14:16 14.01.2011
2374

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Ali Elmi Şurasının dünən keçirilən iclasında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya universitetin “Fəxri doktor”u adının verilməsi məsələsi müzakirə olunub.

Ali Elmi Şurada çıxış edən rektor Abel Məhərrəmov qeyd edib ki, Joze Manuel Barrozo 6 universitetin professoru, iki universitetin fəxri doktoru, 6 monoqrafiyanın və 48 məqalənin müəllifidir. Ali Elmi Şurada çıxış edən Ağalar Abbasbəyli və Rüstəm Məmmədov bildiriblər ki, Joze Manuel Barrozonun elmi fəaliyyətinin əsas sahəsi Avrointeqrasiyadır. Natiqlər Avropa Komissiyasının prezidentini bacarıqlı siyasətçi, alim, dövlət xadimi kimi xarakterizə ediblər. Onun Azərbaycana səfəri, o cümlədən Bakı Dövlət Universitetinə baş çəkməsi yüksək qiymətləndirilib. İclasında sonunda Ali Elmi Şura Joze Manuel Barrozoya Bakı Dövlət Universitetinin “Fəxri doktoru” adının verilməsi barədə qərar qəbul edib.z

OXŞAR XƏBƏRLƏR