Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir
İDMAN
10:26 16.06.2026
466
UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), və "Vestri" (İslandiya) komandaları yer alıb.

Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR