UEFA Çempionlar Liqası: Bu gün "Sabah"ın rəqibi bilinəcək

UEFA Çempionlar Liqası: Bu gün "Sabah"ın rəqibi bilinəcək
İDMAN
09:36 16.06.2026
331
Misli Premyer Liqasının qalibi olan "Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bilinəcək.

AZXEBER.COM xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sabah"ın 14 potensial rəqibi:

"Şemrok Rovers" (İrlandiya)

TNS (Uels)

"Vikinqur" (İslandiya)

"Larne" (Şimali İrlandiya)

"KuPS" (Finlandiya)

"Kayrat" (Qazaxıstan)

"Petrokub" (Moldova)

"Flora" (Estoniya)

"Linkoln" (Cəbəllütariq)

"Universitatya" (Rumıniya)

"Klaksvik" (Farer adaları)

"Drita" (Kosovo)

"Borats" (Bosniya və Herseqovina)

"Riqa" (Latviya)

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR