Avropa ölkələri Putinə görə toplaşır

Avropa ölkələri Putinə görə toplaşır
DÜNYA
16:15 12.09.2026
90
Avropa liderləri Arktikada Rusiyanın artan təsirinə qarşı birgə fəaliyyət və regionun təhlükəsizliyinin gücləndirilməsini müzakirə edəcəklər.

"Bloomberg”in məlumatına görə, görüş bazar günü Finlandiyanın Rovaniemi şəhərində keçiriləcək. Sammitə Finlandiyanın Baş naziri Petteri Orpo ev sahibliyi edəcək.

Orpo Avropanın Arktikadakı təhlükəsizlik imkanlarına daha çox vəsait ayrılmasını istəyir. O bildirib ki, Rusiya və Çinin Arktikada təsir və nəzarət uğrunda rəqabəti fonunda Avropa İttifaqı və ABŞ-ın birgə fəaliyyət göstərməsində ortaq maraqlar var.

Aİ-nin yenilənmiş Arktika strategiyasında regionda daha fəal rolun və əlavə maliyyələşmənin nəzərdə tutulması gözlənilir. Həmçinin NATO qüvvələrinin və texnikasının hərəkəti üçün avtomobil və dəmir yollarının, rəqəmsal rabitənin, peyk texnologiyalarının gücləndirilməsi planlaşdırılır.

Finlandiyanın Rusiyayla 1340 kilometrlik sərhədi regionun strateji əhəmiyyətini artırır. Rusiyanın Kola yarımadasında Şimal Donanması, nüvə silahları daşıyan sualtı qayıqlar və mühüm hərbi aviasiya qüvvələri yerləşir.

Avropa Komissiyası növbəti büdcədə müdafiə, təhlükəsizlik və kosmosa 131 milyard avro ayrılmasını təklif edib. Bu, hazırkı proqramla müqayisədə təxminən beş dəfə çoxdur. Orpo bildirib ki, Avropa elə güclü olmalıdır ki, Rusiya Avropanın şimalında və Baltikyanı regionda ona meydan oxumağı düşünməsin.

///modern.az///
OXŞAR XƏBƏRLƏR