Vahid enerji doldurma qurğusu micro-USB çıxışı ilə təchiz olunur. Bu qurğu kompüterlə məlumat mübadiləsi imkanı olan bütün mobil telefonlar üçün məcburi olacaq. Vahid enerji doldurma standartının tətbiqi məhsullarını Avropa Birliyi ölkələrində satışa çıxaran bütün istehsalçılar üçün bu, mütləq olacaq. Ancaq vahid standarta rəsmi keçidin nə vaxt həyata keçiriləcəyi hələ dəqiqləşdirilməyib.
Unifikasiyanın köməyi ilə tullantı həcminin azalması da nəzərdə tutulur. GSMA Beynəlxalq Assosiasiyasının hesablamalarına görə, il ərzində dünya üzrə 51 ton enerji doldurma qurğusu tullanılır.
Xatırladaq ki, bundan əvvəl vahid standartın 1 yanvar 2011-ci il tarixində tətbiq olunacağı bildirilirdi. Bu zaman qeyd olunurdu ki, “Apple”, “Nokia”, “Samsung”, LG və digər istehsalçılar onun istifadəsinə keçəcək.