Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçiriləcək

Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçiriləcək
Bütün Xəbərlər
17:09 10.06.2015
795
Prezidenti Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin iyunun 11-də saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalına təyin olunmuş birgə mətbuat konfransının vaxtı dəyişdirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, mətbuat konfransı iyunun 11-də saat 16:00-da “Four Seasons” otelinin “Segah” zalında keçiriləcək

Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır. Qeyd edək ki, Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.

OXŞAR XƏBƏRLƏR