Avropa oyunları ilə bağlı yeni – QADAĞA

Avropa oyunları ilə bağlı yeni – QADAĞA
Bütün Xəbərlər
15:55 09.04.2015
2990
Avropa oyunları ərəfəsində Bakıda bir çox yerlərdə spirtli içki satışına qadağa qoyulacaq.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, bu haqda ANS-in “Günə baxan” verilişində qonaq olan aparıcı və “Bakı-2015”in səfiri Hacı Nuran deyib:
“Avropa oyunları Ramazan ayı ərəfəsindədir. Əməliyyat komitəsi qərara gəlib ki, həmin ərəfədə spirtli içki satılmasın. Bu gözəl qərardır. Qonaqlar, idmançılar spirtli içkidən istifadə etməyəcək. Arenaların ətrafındakı bütün mağazalarda içki satışı tamamilə qadağan olunacaq”.
Xatırladaq ki, ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları iyunun 12-də başlayıb 28-də bitəcək.
OXŞAR XƏBƏRLƏR