Avropa Oyunları məşəlinin mənbəyi Yanardağdan götürüləcək

Avropa Oyunları məşəlinin mənbəyi Yanardağdan götürüləcək
Bütün Xəbərlər
14:36 13.01.2015
834
Bu gün Muğam Teatrında 11 səfirin püşkatması keçiriləcək
Bu gün Muğam Teatrında axşam saat 7-də Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı püşkatma mərasimi keçiriləcək. Püşkatma Avropa Oyunlarına seçilmiş 11 ulduz səfirin arasında keçiriləcək. Bu barədə AZXEBER.COM-a 11 ulduz səfirdən biri - tanınmış aktyor Bəhram Bağırzadə verib.
Püşkatma mərasimində ulduz səfirlər iştirak edəcəklər. Onların arasında Bəhram Bağırzadə, Murad Dadaşov, Coşqun Rəhimov, Rafael İsgəndərov, Roya Ayxan və başqaları var. AZXEBER.COM-a verilən məlıumata görə, mərasimdən sonra fəxri səfirlər arasında müxtəlif idman növləri müəyyən olunacaq. Hər bir səfir bir idman növünün piarı ilə məşğul olacaq. Səfirlər arasında püşkatma mərasiminin məhz bu gün keçirilməsi təsadüfi deyil. Belə ki, bu gün Azərbaycan Avropa Oyunlarının keçirilməsinə 150 gün qalıb.
Azərbaycanın 80-dən artıq rayonunda piar işi aparılacaq. Avropa Oyunlarının məşəlinin mənbəyi Yanardağdan götürüləcək.
Mətanət
OXŞAR XƏBƏRLƏR