Avropa Oyunlarına sərf edilən məbləğ açıqlandı

Avropa Oyunlarına sərf edilən məbləğ açıqlandı
Bütün Xəbərlər
17:45 29.06.2015
3033
Azad Rəhimov gəlirlərdən də danışdı.
Avropa Oyunlarının təşkilinə 916 milyon manat pul xərclənib.
AZXEBER.COM  xəbər verir ki, bu barədə bu gün baş tutan mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Bu, maaşlar, tədbirlər, informasiya texnologiyaları, müvəqqəti infrastrukturlardır. Manatın devalvasiyasına baxmayaraq biz xərcləri ilkin büdcəyə sığışdırdıq, baxmayaraq ki, büdcənin 30-40 faiz artacağı gözlənilirdi.
Açılış və bağlanış mərasimlərinə 100 milyon manat xərcləmək planlaşdırılırdı. Dəqiq hesablamalar yaxın günlərdə ediləcək, çox güman ki, az olacaq.
Oyunların gəlirinə gəldikdə isə, biz hal-hazırda biletlərin satışından, sponsorlardan və televiziya hüququndan 15-17 milyon manat gəlir əldə etmişik.
OXŞAR XƏBƏRLƏR