“Avropa qapıları” və “Tağıyev” şirkətləri məhkəməyə verilib. Femida.az-ın məlumatına görə, Azər Əliyev adlı şəxs Yasamal rayon Məhkəməsinə üz tutaraq bu iki şirkət tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. Məhkəmə iddianı qismən təmin edib.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, məhkəməyə verilən şirkətlərin sahibi sabiq deputat Baba Tağıyevdir.