Avropa Rusiyanı bundan məhrum etdi - Sikorski

Avropa Rusiyanı bundan məhrum etdi - Sikorski
DÜNYA
05:48 17.11.2026
57
Avropa Rusiyanı neft və qazın ən böyük satış bazarından məhrum edib.

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Rusiyaya qarşı tətbiq edilən ən genişmiqyaslı sanksiya onun karbohidrogenlərin satışı üzrə ən gəlirli bazarını itirməsi olub. Avropa hər il Rusiyadan daha az neft və qaz idxal edir. Alternativ bazarlar logistika cəhətdən mürəkkəbdir və qiymətlər daha aşağıdır. Rusiya daha az neft satır və satışdan daha az gəlir əldə edir. Bu da onun müharibəni maliyyələşdirmək imkanlarına təsir göstərir”, - o bildirib.

///axar.az
OXŞAR XƏBƏRLƏR