Avropa Şurasının rəsmisi erməni deputata sərt cavab verdi

Avropa Şurasının rəsmisi erməni deputata sərt cavab verdi
00:07 27.06.2012
988
“Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq”. Bu sözləri Avropa Şurası Nazirlər Komitəsinin sədri Edmond Aksinasto erməni deputatı Naira Zöhrabyanın sualına cavabında deyib.Bu gün öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Nazirlər Komitəsinin sədrinin hesabat məruzəsi dinlənilib. Məruzədən sonra deputatlar sədrə suallarla müraciət edib.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, AŞPA-nın toplantılarında Azərbaycana qarşı böhtan dolu çıxışlar etməkdə usanmayan Ermənistanın nümayəndə heyətinin üzvü Naira Zöhrabyan sədrə “Hesab etmirsiniz ki, Dağlıq Qarabağ xalqı da Kosovo nümunəsində xalqların öz müqqəratını təyinetmə kimi BMT-nin prinsipiləri çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına layiqdir?” sual ilə müraciət edib.E.Aksinasto suala cavabında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasının səlahiyyətlərinə daxil deyildir: “Bununla ATƏT-in Minsk qrupu məşğul olur. Biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu, hər iki ölkənin AŞ-yə üzv olduğu zaman üzərlərinə götürdüyü öhdəlikdir. Münaqişənin həlli istiqamətindəki danışıqlar Avropa Şurası Nazirlər Komitəsi tərəfindən diqqətlə izlənilir. Avropa Şurası da əldə olunacaq sülh danışıq və qərarlarına töhfəsini verməyə hazırdır. İlk növbədə, tərəflər arasında qarşılıqlı etimad mühiti yaradılmalıdır. Kosovoya gəldikdə isə, bu, fərqli bir məsələdir. Kosovo məsələsinin öz spesifik cəhətləri var”.
OXŞAR XƏBƏRLƏR