Avropa və Ukrayna Trampın bu hərəkətindən qorxur

Avropa və Ukrayna Trampın bu hərəkətindən qorxur
DÜNYA
09:34 29.04.2025
194
Avropa ölkələri və Ukrayna rəsmiləri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesindən tezliklə geri çəkiləcəyindən ehtiyat edirlər.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, amerikalılarla danışıqlardan sonra son bir neçə gündə Avropa və Ukrayna Ağ Ev rəhbərinin danışıqlar prosesində uğur əldə etməməsindən ABŞ-nin nizamlanma cəhdlərində iştirakına son qoymaq üçün istifadə edə biləcəyindən narahatdır.

Buna görə də, Kiyev gizli şəkildə Vaşinqtonun danışıqlardan çıxmasına hazırlaşmağa başlayıb. Bundan əlavə, Ukrayna hakimiyyəti hazırda ABŞ-nin hərbi yardımı davam etdirəcəyini, yoxsa kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini bilmir.

Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejkonun sözlərinə görə , Kiyev və Vaşinqton arasında münasibətlərdə baş verə biləcək ən pis şey ABŞ prezidentinin Ukraynaya hər hansı marağının itirilməsidir.
OXŞAR XƏBƏRLƏR