"Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı?" - Deputat

"Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı?" - Deputat
SİYASƏT
14:29 19.01.2022
499
"Görəsən, Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı? Maraqlıdır ki, özlərinin Milli Assambleyasına da xeyli belə tərbiyəsizləri yerləşdiriblər və gücləri çatan ölkələrə qarşı yekəxana tərzdə açıqlamalar verirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat qeyd edib ki, Fransa Milli Assambleyasının tarixdə anoloqu olmayan elə bir həyasızlığa imza atıb ki, bunun izahını heç zaman beynəlxalq hüquq nöqteyi-nəzərindən verə bilməyəcəklər:

"Azərbaycan Prezidenti bu qanmazlara izah edir ki, sənin prezidentliyə namizədin sərhədlərimizi pozaraq Azərbaycan ərazisinə daxil olur və terrorçularla əməkdaşılıq edir, əvəzində Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siotti ədəbsizlik edərək dövlət başçısını təhqir etməyə özündə cəsarət tapır.

Ardınca isə Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian bu ilin yanvarın 18-də bu ölkənin Milli Assambleyasında ağıllı diplomata yaraşmayan tərzdə açıqlama verib, Valeri Pekres adlı prezidentliyə namizəd olan başıpozuq qarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə haqq qazandırmağa çalışır. Üstəlik də Azərbaycan Prezidentinin bu qanuntanımaz terrorçularla əməkdaşlıq edən qarının əməlləri ilə bağlı söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirir.

Fikrimcə nazir Lö Drian digər ölkənin dövlət başçısının açıqlamasını olduqca ədəbsiz və məsuliyyətsiz formada şərh etməklə diplomatik ənənələri pozmuşdur.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlamaları birbaşa suveren dövlətin beynəlxalq hüququn tələblərini xatırlatmağa əsaslanır və tamamilə məntiqlidir. Əslində prezident əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuları dəstəkləyən bu qanuntanımız fransız vətandaşlarını yumşaq üslubda tərbiyələndirməyə, islah etməyə çalışıb və Pekresin Fransa prezidentliyinə namizədlik statusunun Azərbaycan ərazisində deyil, yalnız Fransada keçərli olduğunu xatırladıb.

Onsuzda Azərbaycanda Fransa 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində yer alan və terroru dəstəkləyən ölkə kimi tanınır. Üstəlik Fransa Milli Assambleyasının tarixdə anoloqu olmayan elə bir həyasızlığa imza atıb ki, bunun izahını heç zaman beynəlxalq hüquq nöqteyi-nəzərindən verə bilməyəcəklər. Belə ki, Milli Assambleyanın hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul edib".

Deputat onu da qeyd edib ki, fransalı vəzifəli şəxslər bu cür ədəbsizliklərə qarşı sərt formada cavab verməlidir:

"Fikrimcə, Avropa məkanında Azərbaycanın beynəlxalq mövqeyini və nüfuzunu sarsıtmaya çalışan fransalı siyasətçilərin və vəzifəli şəxslərinin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir".
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR