Avropada koronavirusa yoluxma halları azalır

Avropada koronavirusa yoluxma halları azalır
DÜNYA
20:10 08.03.2022
405
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda COVID-19-a yoluxma və koronavirusdan ölüm hallarının sayı fevralın 10-dan bəri durmadan azalır.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge bildirib.

"ÜST-nin Avropa regionunda fevralın 10-dan etibarən COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının sayı hər həftə azalır”, - o deyib.

Kluge eyni zamanda region ölkələrini vaksinasiya və yüksək sayıqlığın dəstəklənməsi ilə nikbinliyi tarazlamağa çağırıb.

ÜST həmçinin ictimai sağlamlıq və sosial tədbirlərlə, o cümlədən testdən keçməklə bağlı istənilən məhdudiyyətlər aradan qaldırılarsa belə, tələb olunduqda onların tez bir zamanda bərpa oluna bildiyini görmək istəyir.
OXŞAR XƏBƏRLƏR