Avropada yaşamaq əvəzinə kənddə köhnə evi seçdi

Avropada yaşamaq əvəzinə kənddə köhnə evi seçdi
DÜNYA
14:28 15.11.2026
85
Bir neçə il Avropada yaşayıb işləyən ukraynalı qadın ailəsi ilə birlikdə vətəninə qayıdaraq Bukovinada köhnə kənd evinə köçüb.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, qadın qərarının səbəbini TikTok hesabında açıqlayıb.

Onun sözlərinə görə, ailəsi əvvəlcə Sumı vilayətində yaşayıb, daha sonra Çernovçı vilayətinə köçərək köhnə ev alıb.

Qadın altı il Avropada yaşadığını, əvvəlcə müxtəlif ofislərdə yaxşı vəzifələrdə çalışdığını, sonradan isə işini məsafədən davam etdirdiyini bildirib.

"Öz evimin olmasını həmişə arzulamışam. Buna görə də Ukraynaya qayıdaraq Bukovinada köhnə ev aldıq”, – deyə o bildirib.

Ailəsi iki il ərzində evin təmirini başa çatdırıb. Qadın Almaniya şirkətləri ilə əməkdaşlığını davam etdirir və kənddən məsafədən işləyir. Bundan əlavə, onun Çin çayı satışı ilə məşğul olan şəxsi mağazası da var.

"Azadlıq mənim üçün harada və necə yaşayacağımı özüm seçmək imkanıdır”, – deyə ukraynalı qadın vurğulayıb.
OXŞAR XƏBƏRLƏR