Avropalı jurnalistlər Vüsalə Mahirqızı ilə görüşüblər

Avropalı jurnalistlər Vüsalə Mahirqızı ilə görüşüblər
MEDİA
08:10 20.04.2012
2034

«Azadlıq Naminə» Fridrix Nauman Fondunun təşkilatçılığı ilə Almaniya və Avstriyadan Bakıya gəlmiş bir qrup jurnalist aprelin 19-da “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı ilə işçi nahar ediblər.

İşçi nahardaridrix Nauman Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Yasemin Pamuk, Almaniya kütləvi informasiya vasitələrindən – «Rheinische Post»un əməkdaşı Doris Heiman, «DPA»-nın əməkdaşı Ulf Mauder, «Der Tagesspiegel»in əməkdaşı Klaudia Salzen, «Stern»in əməkdaşı Cens Mayer, «Deutschland radio»nun Moskva nümayəndəsi Jezin Dörnblüz, «Die Zeit»in əməkdaşı Cohans Vosvingel, «Mediengruppe Madsack»ın əməkdaşı Maurus Vojaç, Avstriyanın «Die presse» qəzetinin əməkdaşı Yutta Sommerbauer, habelə Fridrix Nauman Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Səbuhi Qafarov iştirak ediblər. Görüşdə V. Mahirqızı “APA-Group” barədə ətraflı məlumat verib, Azərbaycan mətbuatının hazırkı durumu, media qanunvericiliyi ilə bağlı müzakirələr aparılıb. Avropalı jurnalistlər daha çox Azərbaycanın ictimai həyatında və mediada gender problemi ilə maraqlanıblar.

OXŞAR XƏBƏRLƏR