Avropaya Yaxın Şərqdən kütləvi qaçqın axını ola bilər - Aİ narahatdır

Avropaya Yaxın Şərqdən kütləvi qaçqın axını ola bilər - Aİ narahatdır
DÜNYA
15:16 04.03.2026
283
Avropa İttifaqı (Aİ) rəsmiləri ABŞ-İsrail koalisiyası və İran arasında cərəyan edən hərbi qarşıdurmanın Yaxın Şərqdən kütləvi miqrant axınına səbəb olacağından narahatdırlar.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bildirilib ki, martın 1-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri və səfirləri İran məsələsi ilə bağlı qapalı formatda danışıqlar aparıblar. Bununla yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen regionda baş verən son hadisələrə qarşı cavab tədbirlərini müzakirə etmək məqsədilə təcili iclas keçirib.

"Mövcud münaqişə səbəbindən minlərlə Rusiya vətəndaşının Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərq regionunda çarəsiz vəziyyətdə qaldığı qeyd edilir. Digər tərəfdən İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq Avropa dövlətlərini davam edən müharibəyə qoşulmamağa çağırıb" - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
OXŞAR XƏBƏRLƏR