Avrora Qrup müxtəlif istiqamətlərdə işçilərin işə qəbulu ilə bağlı karyera günü təşkil edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, keçirilən görüş zamanı 200-ə yaxın iş axtarışında olan namizədlərlə görüş keçirilib.
Qeyd edilib ki, müraciətlər üzrə digər uyğun namizədlər ehtiyat bazaya əlavə edilmiş və vakansiya yarandığı anda işəqəbul üçün dəyərləndiriləcəklər.
""Avrora Qrup” karyera günlərini davamlı təşkil edərək, işaxtaranların peşəkar mühitdə çalışa bilmələri, işsizliyin aradan qaldırılması, əmək bazarının potensialının daha da artırılması və digər kadr layihələrinə davamlı olaraq dəstək göstərəcəkdir. Növbəti karyera günü ilə bağlı məlumatı avrora.az internet səhifəsindən, "Avrora Qrup”un sosial şəbəkə hesablarından və xəbər portallarından əldə edə bilərsiniz",- şirkətin məlumatında deyilir.