Avstraliya “Abrams” tanklarını Ukraynaya yola salıb

Avstraliya “Abrams” tanklarını Ukraynaya yola salıb
DÜNYA
23:55 18.05.2025
350
Romada Ukrayna prezidenti Volodimir Zelenski Avstraliyanın baş naziri Entoni Albenzi ilə görüşüb.

Tərəflər görüş çərçivəsində əsasən Ukraynaya müdafiə dəstəyi, əməkdaşlıq və Rusiyaya təzyiqin artırılmasını müzakirə edib.

İclasda müdafiəyə dəstək ayrıca müzakirə olunub. Avstraliyanın baş naziri "Abrams” tanklarının artıq Ukraynaya yola salındığını və yardımın ümumi məbləğinin 1,5 milyard dollar olduğunu bildirib.
 
/APA
OXŞAR XƏBƏRLƏR