Avstraliyada epidemiya 20 nəfərin ölümünə səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avstariya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Kvinslend əyalətində palçıq hissəciklərinin nəfəs alması və ya çirklənmiş su ilə təması nəticəsində ötürülən xəstəlik olan "melioidoz" halları müşahidə olunmağa davam edir.
Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölümü ştatda melioidozdan ölənlərin sayını 20-yə çatdırıb.
Səlahiyyətlilər güclü yağışların davam edəcəyi gözlənilən Kvinslenddə yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.
Qeyd edək ki, Kvinslend ştatında 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri 125 hadisə qeydə alınıb.
Gülay