Avstraliyada plajda köpəkbalığı hücum etdi - Yaralı var

Avstraliyada plajda köpəkbalığı hücum etdi - Yaralı var
DÜNYA
13:48 15.05.2025
309
Avstraliyanın Cənubi Avstraliya əyalətində çimərlikdə köpək balığının hücumuna məruz qalan şəxs ağır yaralanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avstraliya polisi məlumat yayıb.
 
Ştatın paytaxtı Adelaidadan 27 km cənub-qərbdə çimərlikdə üzgüçüyə köpək balığının hücumu xəbərindən sonra hadisə yerinə qruplar göndərilib.

Açıqlamada bildirilir ki, ərazidə ilkin tibbi yardım göstərilən ağır yaralı xəstəxanaya çatdırılıb. Sahildəki digər insanların təxliyə edildiyi bildirilir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR