Avstraliya alimləri böyük kəşf ediblər. Onlar Ermənistanı Qafqazda ən sülhsevər ölkə adlandırıblar. Bu nəticəni Avstraliyanın İqtisadiyyat və dünya İnstitutu açıqlayıb. Onların fikrincə, Ermənistan sülhsevərlik indeksinə görə 115, Azərbaycan 132, Gürcüstan isə 141-ci yerə layiqdir.
Bu elmi müəssisənin işçiləri elə eyni şəkildə Adolf Hitleri də humanist və sülhsevər adlandırardılar. Son vaxtlar ABŞ və Avstraliyanın beynəlxalq ekspertlər qrupunun sosioloq-iqtisadçıları sülhsevərliyin qlobal indeksini ölkələrdə zorakılıq və cinayətkarlıq, eləcə də onların silahlı münaqişələrə cəlb olunmaları və beynəlxalq münasibətləri əsasında müəyyənləşdirirlər.
Görünür, alimlər unudublar, yaxud da heç bilmirlər ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20% işğal olunub və bugünki günədək təcavüzkarlar silahlı fitnəkarlığı davam etdirirlər. Bundan başqa, Rusiya KİV-i hər gün erməni millətinin nümayəndələri ilə Moskva, Soçi, Yakutsk və digər şəhərlərin yerli əhalisi arasında odlu silah işlədilən kütləvi münaqişələr haqda məlumatlar verirlər.
Bu mərkəzlərin alimləri Hitlerə qarşı irəli sürülən ittihamları bəlkə bir daha nəzərdən keçirsinlər. Axı, onun göstərişi ilə insanları güllələmirdilər, onlar sadəcə olaraq sakitcə xüsusi təşkil olunmuş qaz kameralarında saxlanılırdılar. A. Hitlerin erməni məsləkdaşları isə əsir götürdükləri qadın, uşaq və qocaları öldürməmişdən qabaq onlara müxtəlif cür işgəncələr verirdilər.
Bütün bunları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımında çəkdiyi kadrlar da sübut edir. Ona görə də bu saxta reytinqin tərtibatında iştirak edən şəxslərə təklif edirik ki, Ermənistanı Qafqazda ən sülhsevər ölkə elan etdikləri üçün ən ali elmi dərəcələr verilsin. /// ANSPRESS