Avstriya koronavirusa qarşı məcburi peyvəndi dayandırdı

Avstriya koronavirusa qarşı məcburi peyvəndi dayandırdı
DÜNYA
19:08 09.03.2022
300
Avstriya hökuməti koronavirusa qarşı məcburi peyvəndləri müvəqqəti dayandırmaq qərarına gəlib.

Bu barədə ölkənin Konstitusiya işləri naziri Karolin Edtştadler keçirilən konfrans zamanı məlumat verib.

"Səhiyyə naziri ilə məsləhətləşmələrdən sonra biz məcburi peyvəndin dayandırılması barədə qərara gəldik”, - deyə nazir mətbuat konfransında qeyd edib.

O qeyd edib ki, məcburi peyvənd müvəqqəti olaraq dayandırılıb, səlahiyyətlilər vəziyyəti və bu tədbirin mümkün tətbiqinin zəruriliyini qiymətləndirməyə davam edəcəklər.
OXŞAR XƏBƏRLƏR