Avstriya Parlamentinin baş katibinə Dağlıq Qarabağ barədə məlumat verildi

Avstriya Parlamentinin baş katibinə Dağlıq Qarabağ barədə məlumat verildi
Siyasət
17:10 05.05.2014
1156

May ayının 1-dən etibarən Avropada işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Filolofiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Mayın 5-də Avstriyanın paytaxtı Vyanada rəsmi görüşlərə başlamışdır. Avstriya Parlamentində olan Əhməd Şahidov parlamentin baş katibi Dr. Harald Dossi ilə görüşmüşdür.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı rəhbərlik etdiyi TURSAM təşkilatı barədə geniş məlumat verən Əhməd Şahidov habelə Azərbaycan haqqında, Dağlıq Qarabağ konflikti barədə Avstriya Parlamentinin rəhbərliyini məlumatlandırmışdır. Azərbaycandakı parlament sistemi haqqında danışan TURSAM rəhbəri Avstriya Parlamentinin strukturu, Avropa parlamentində təmsil olunan avstriyalı deputatların statusu və Avstriya qanunvericiliyi ilə maraqlanmışdır.

TURSAM rəhbərini Vyanada salamlamaqdan məmnunluğunu ifadə edən Avstriya Parlamentinin baş katibi Dr. Harald Dossi rəhbərlik etdiyi Avstriya Parlamentinin fəaliyyəti barədə ətraflı məlumat vermiş və avstriyalı deputatların qəbul etdiyi qərarlar barədə danışmışdır.

Görüş zamanı Dağlıq Qarabağ barədə ətraflı məlumat verən Əhməd Şahidov Dr. Harald Dossiyə Dağlıq Qarabağ konflikti barədə çoxdilli kitab da hədiyyə etmişdir. Daha sonra Harald Dossi TURSAM rəhbərini Avstriya Parlamentinin binası ilə tanış etmiş, Avstriya Parlamentinin iclas və konfrans zallarını qonağa göstərmişdir.

Görüş üçün Harald Dossi cənablarına öz dərin təşəkkürünü bildirən Əhməd Şahidov ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu və gələcəkdə Avstriya Parlamenti ilə TURSAM Strateji Araşdırmalar Mərkəzi arasında informasiya mübadiləsinin, habelə qarşılıqlı səfərlərin mümkünlüyünü bildirmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya