Avstriya yığması Avropa Oyunlarında çıxış edəcək? - Açıqlama

Avstriya yığması Avropa Oyunlarında çıxış edəcək? - Açıqlama
Bütün Xəbərlər
00:35 12.06.2015
1981

Avstriya yığması ümid edir ki, sinxron üzgüçülük üzrə milli komanda üç idmançının xəsarət almasına baxmayaraq birinci Avropa Oyunlarında çıxış edə biləcək.

APA-nın məlumatına görə, bu barədə “TASS”-ın müxbirinə Avstriya Milli Olimpiya Komitəsinin nümayəndəsi Volfqanq Eyxler bildirib.

Qeyd edək ki, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib.

Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.

“Hadisənin baş verməsinə baxmayaraq, komanda yarışlarda çıxış edəcək”, deyə Eyxler qeyd edib.

Sinxron üzgüçülük üzrə yarış iyunun 12-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR