Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
SİYASƏT
13:27 27.08.2026
104
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib.

AZXEBERCOM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan ilə Avstriya arasında siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr mexanizminin, o cümlədən parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan ilə Avstriya arasında çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sözügedən təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın və əlaqələndirmənin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Avstriyanın 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb və qarşılıqlı əməkdaşlığa ümidvar olduğunu bildirib.

Daha sonra iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb, cari ilin yanvar ayından etibarən Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanmasının məmnunluq doğurduğu bildirilib.

Görüşdə, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar və qarşıya çıxan çağırışlar barədə məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb.

Səfir Etienn Berxtold ölkəsinin Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi qiymətləndirdiyini bildirərək, fəaliyyəti dövründə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
14:21 27.08.2026
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Pakistan səfirliyinə mədəniyyət işləri üzrə konsul təyin olunub
14:14 27.08.2026
Pakistan səfirliyinə mədəniyyət işləri üzrə konsul təyin olunub
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
14:06 27.08.2026
Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
42 yaşlı qadın müəmmalı şəkildə öldü
14:01 27.08.2026
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
13:53 27.08.2026
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
13:46 27.08.2026
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
13:38 27.08.2026
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
13:33 27.08.2026
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
13:27 27.08.2026
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
13:23 27.08.2026
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
13:17 27.08.2026
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
13:13 27.08.2026
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
13:09 27.08.2026
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi -  "Uğurun əsas səbəblərindən biri..."
13:05 27.08.2026
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
12:55 27.08.2026
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
12:48 27.08.2026
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb