Avtobus qəzasında ölən zəvvarların adları açıqlandı (SIYAHI)

Bütün Xəbərlər
21:07 23.11.2010
2103

Türkiyənin Sivas əyalətində içərisində azərbaycanlı zəvvarların olduğu avtobusun qəzaya uğraması nəticəsində 5 adam həlak olub, 28 nəfər isə yaralanıb. Bu barədə ANS-ə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə məlumat verib. 

Qeyd edək ki, Şeyx artıq Almaniyadan Türkiyəyə yola düşür. Sabah o hadisə yerinə çatacaq və yaralıların müalicəsi ilə yaxından tanış olacaq.

Bütün Qafqazın Şeyxi bildirib ki, ölənlərin cənazələri Azərbaycana gətiriləcək. Hacı Allahşükür Paşazadə ölənlərin ailələrinə başsağlığı verib. 

Türkiyədəki qəzada ölən və yaralanan hacıların adları da artıq açıqlanıb. QMİ-dən verilən məlumata görə, qəza zamanı 1982-ci il təvəllüdlü Əhmədov Səməd Nadir oğlu, 1944-cü il təvvəlüdlü Alıcanova Hacıxanım Əliağa qızı, 1941-ci il təvəllüdlü Baxşəliyeva Solmaz Abuzər qızı, 1965-ci il təvəllüdlü Dadaşova Zemfira Qəmbər qızı və 1938-ci il təvəllüdlü Kərimov Məhərrəm Balababa oğlu həlak olub.

Öz növbəsində CNNTürk kanalı qəza zamanı yaralananlardan 24 nəfərin adını və soyadını açıqlayıb: Mirza Baba (57), Səbihə Məmmədova (58), Arzu İsmayılova (49), Mətləb Sarıyev (37), Elnarə Nəcəfzadə (38), Müqəddəs Əsgərov (56), Hadı İsgəndərov (43), İnqilab Həsənov (74), Şirin Qasımova (60), Kifayət Əhmədova (53), Toğrul Qədirov (27), Həbib Axundov (19), İsmət Kərimov (31), Nazilə İsrafilova (51), Kamil Axundov (44), İbiş Əliyev (55), İlqar Muradov (30), Kəmalə Muradova (32), Emin Ağayev (31), Mehdi Xudaverdi (31), Məhəmməd Məzətli (48), Yaqub Nuğrazadə (55), Xeyransa İsmayılova (51) və sürücü Asif Babayev (45). //Ans Press

OXŞAR XƏBƏRLƏR