Avtobus sürücüsünə gələn qəfil zəng sərnişinləri yarı yolda qoydu
Bütün Xəbərlər
11:43 08.10.2014
5531
Bu gün səhər 08 radələrində sərnişin avtobusunda sürücünün hərəkəti sərnişinləri təəccübləndirib.30 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsünə qəfil telefon zəngi gəlib. Sürücüyə zəng vuran şəxs bildirib ki, avtobusu dərhal saxlasın və sərnişinləri düşürsün.Sürücü basabas olan avtobusu Babək prospektindən “Xətai” metrosu istiqamətinə gedən yolda saxlayıb. Baxmayaraq ki, avtobus dayanacaqdan xeyli uzaqda olub, sürücü sərnişinləri avtobusdan düşürüb.Məsələ ilə əlaqədar 30 saylı avtobusunun tabe olduğu “Transkontrol” MMC ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Arzu Nəcəfov ANS PRESS-ə açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib.