AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 79 saylı xətt avtobusunda Bakı şəhər sakini Sənan Bağırovun 47 manat pulunu talayıb avtobusdan düşüb gedərkən Sumqayıt şəhər sakini Ziba Quliyeva Nəsimi Rayon Polis İdarısi 20-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.Ziba Quliyevanın ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmin gün qeyd edilən avtobusda Bakı şəhər sakini Türkan Məmmədovanın çantasından 63 manat pulu oğurlaması da müəyyən edilib.