Azərbaycan Nəqliyyat Nazirliyi avtobuslarda gediş haqqının artırılması üçün hökumətə müraciət etməyib. Bu barədə “APA-ECONOMICS”ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, bununla bağlı yayılan xəbərlər, o cümlədən gələn ildən avtobuslarda gediş haqqının artırılacağı barədə məlumatlar həqiqətə uyğun deyil: “Gediş haqqının artırılması gözlənilmir”.