Avtobusların normal iş qrafiki bərpa oluna bilər

Avtobusların normal iş qrafiki bərpa oluna bilər
Bütün Xəbərlər
11:11 11.02.2012
1199
Səhərdən Bakıda marşrutlara mindən artıq sərnişin avtobusu çıxıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyinin rəhbəri Namiq Həsənov məlumat verib.Onun sözlərinə görə, hava şəraiti tədricən normallaşır və paytaxt küçələrində sərnişin avtobuslarının sayı artır.Hava şəraiti nəzərə alınmaqla Bakıda sərnişin avtobuslarının saat 22.00 -dək işləyəcəyi ehtimal edilir. Lakin axşama doğru hava şəraitinin bir az da yaxşılaşacağı gözlənilir və ona görə də avtobuslar nəzərdə tutulmuş müddətdən çox işləyə bilərlər.Onun sözlərinə görə, kiçik problemlərə baxmayaraq, ümumilikdə yollarda vəziyyət normaldır və onların hamısı avtomobil vasitələrinin hərəkəti üçün açıqdır."Yolların təmizlənməsi üzrə işlər davam edir", - Həsənov deyib.Mətbuat xidməti rəhbərinin sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalı da normal rejimdə çalışır. Sərnişin avtobuslarının sayının və sərnişin axınının azalmasına baxmayaraq, bütün, həm şəhərələrarası, həm də beynəlxalq istiqamətlərə reyslər göndərilir.Uzun müddət ərzində Azərbaycan ərazisində kəskin şaxtalı hava şəraiti müşahidə olunur. Sinoptiklərin proqnozlarına görə, belə hava fevralın 12-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR