Avtodayanacaqdakı uçqunla bağlı rəsmi - AÇIQLAMA

Avtodayanacaqdakı uçqunla bağlı rəsmi - AÇIQLAMA
Bütün Xəbərlər
14:31 23.01.2013
1014

Yeraltı avtodayanacaq tikmək üçün qazıntı işləri aparılarkən, yaxınlıqdakı köhnə divar uçub

Daxili İşlər Nazirliyi Bakıdakı avtodayanacaqda baş verən uçqunla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə yanvarın 23-də saat 03.50 radələrində qeydə alınıb. Xətai rayonunun Nobel prospektində yeraltı avtodayanacaq tikmək üçün qazıntı işləri aparılarkən, yaxınlıqdakı köhnə divar uçub. Nəticədə orada işləyənlər Bakı şəhər sakini Sabir Dadaşov, Gədəbəy rayon sakini Filqət Alıyev, Oğuz rayon sakini Nicat Hacıyev və Biləsuvar rayon sakini Ələsgər Qurbanov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, Ə.Qurbanov orada ölüb, digərlərinin vəziyyətləri isə ağırdır.

OXŞAR XƏBƏRLƏR