Avtomobil 72 yaşlı qadını vurdu

Avtomobil 72 yaşlı qadını vurdu
SOSİAL
00:28 17.11.2026
70
Culfa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobil yolu keçən, 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərovanı vurub.

Nəticədə xəsarət alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR