Avtomobil ağaca çırpıldı, sürücü öldü

Avtomobil ağaca çırpıldı, sürücü öldü
Bütün Xəbərlər
14:12 18.07.2015
1597
Şəkinin Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Balaağayev Saməddin Kamaləddin oğluna məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində S.Balaağayev hadisə yerində ölüb.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR