Avtomobil çaya aşdı: 1 ölü var

Avtomobil çaya aşdı: 1 ölü var
Bütün Xəbərlər
16:03 16.09.2013
717

Ötən gecə Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 

Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Əsrik – Cırdaxan və Kirən yolunun kəsişməsində qeydə alınıb. Rayon sakini Aqil Quliyevin idarə etdiyi “Niva” markalı avtomobil Əsrik çayına düşüb. Qəza zamanı Aqil  Quliyev dünyasını dəyişib. Avtomobildə olan sərnişin Bəhmən Hüseynov isə ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR