Avtomobil çaya düşüb - Sürücü boğulub

Avtomobil çaya düşüb -  Sürücü boğulub
Bütün Xəbərlər
13:00 29.10.2013
571

Azərbaycanda avtomobil çaya düşüb.

İmişli Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 28-də İmişli rayonu Hacırüstəmli kəndi ərazisində qeydə alınıb.

Cəbrayıl rayon sakini Fəqan Atakişiyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını Əzizbəyov adına kanalının üzərindəki körpüdən kanala aşırıb. Nəticədə avtomobildən çıxa bilməyən sürücü boğularaq ölüb. F. Atakişiyevin meyiti sudan çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

 

OXŞAR XƏBƏRLƏR