80 manatdan başlayan qiymətlər, sürücülük vəsiqəsi tələb olunmur... Stajsız günlük həftəlik aylıq icarə... Hər növ maşınların sürüclük vəsiqəsiz verilməsi...
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə bəzi rentecar şirkətləri avtomobilləri sürücülük vəsiqəsi olmadan icarəyə verdiklərini bildirir. Yaş həddi 18 olsun, yetərlidir.
"Bəs təcrübəsi olmadan necə verirsiniz?" kimi müştəri suallarına isə sürməyinə baxaraq, deyə cavab verilir.
Bu kimi icarə şirkətlərinin şirnikləşdirici təklifləri ilə müştəri yığmaqla yaratdıqları riskdən və qanunu pozduqlarından xəbərləri varmı?
Baş Dövlət Yol Polisi İdarəsi həmin şəxlsərə xəbərdarlıq edib. Bildirilib ki, icarədarlar təkcə sürüclük vəsiqəsinin olması ilə yetinməməli, eləcə də həmin şəxsin tam təcrübəli olduğundan əmin olmalıdır.










































