Avtomobil idarə edərkən telefona baxan sürücülərə - XƏBƏRDARLIQ

Avtomobil idarə edərkən telefona baxan sürücülərə - XƏBƏRDARLIQ
SOSİAL
12:44 13.10.2025
388
"Avtomobil idarə edərkən monitor və telefondan istifadə sürücünün diqqətini yayındırır və qəza ehtimalını artırır. Bir anlıq mesaj və ya video həyat bahasına başa gələ bilər". 

AZXEBER.COM xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib. O qeyd edib ki, göz və beyin eyni anda həm ekranı, həm də yol hərəkətini izləyə bilmir:

"Göz və beyin eyni anda həm ekranı, həm də yol hərəkətini qəbul edə bilmir. Bu zaman sürücülər hadisəyə reaksiya verməkdə gecikir və qəza ehtimalı bir neçə dəfə artır. Yol hərəkəti haqqında qanunun tələblərinə görə sürücü sükan arxasında diqqəti yayındıran hərəkətlərdən uzaq olmalıdır. Maşında gedən qızğın söhbətlərə qoşulmamalı, emosianal hərəkətlər etməməlidir. Eyni zamanda telefonla oynamaq, monitorda nəyəsə baxmaq olmaz. Bunlar bəzi hallarda təhlükəyə çevrilə bilir. Müasir avtomobillər isə manitorlu gəlir”. 

Ekspert deyib ki, taksi sürücüləri və kuryerlər sözügedən təhlükə ilə daha çox üzləşirlər: 

"Maped və Matasikılların çoxu manitora görə qəzaya uğrayır. Onlar filmə baxmıyıb, mahnıya qulaq asmasalar da, yola baxmaq üçün manitordan istifadə edirlər. Həmçinin manitorda xəritəni izləyən avtomobil sürücüləri də buraya daxildir. Kiçik toqquşmaların əksəriyyətində səbəb budur”. 

Baş Dövlət Yol Polis İdarəsinin inspektoru Elvin Hacıyev isə bildirib ki, arzuolunmaz olsa da, günümüzdə yol-nəqliyyat hadisəsiylə tez-tez rastlaşırıq:

"Baş verən qəzaları araşdıran zaman görürük ki, onların bir hissəsinin sürücələrin diqqətsizliyi səbəbindən baş verir ki, bu da yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Bəzi hallarda telefonda istifadə zamanı ani diqqətsizlik geridönüşü olmayan hallara gətirib çıxarır. Sürücülərə tövsiyyəmiz nəqliyyat vasitəsi idarə edərkən, qanunvericiliyin tələblərinə riayət etmələri və diqqəti yayındıran davranışlardan uzaq olmalarıdır”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR