Avtomobil idxalında kəskin azalma: Maşın bazarını nə gözləyir?

Avtomobil idxalında kəskin azalma: Maşın bazarını nə gözləyir?
SOSİAL
15:58 17.06.2026
232
Ölkəyə idxal edilən minik avtomobillərinin sayında əhəmiyyətli azalma qeydə alınıb. Bu göstərici ötən dövrlə müqayisədə təxminən 40 faiz düşüb.

AZXEBER.COM xəbər verir ki, belə bir açıqlama ilə Avtomobil Dilerləri Asossasiyasının İdarə Heyətinin Sədri Eyyub Əliyev çıxış edib.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Bakupost.az-a açıqlamasında bildirib ki, idxal edilən minik avtomobillərin sayında 40 faizlik azalmanın baş verməsi iki səbəbdən qaynaqlanır:

"Səbəblərdən biri iqtisadi amillə bağlıdır. Mövcud makroiqtisadi vəziyyətlə bağlı olaraq, alıcılıq qabiliyyətində müəyyən qədər azalmalar müşahidə olunur. Bazara müraciət edənlərin, tələbin azalması, öz növbəsində təbii ki, idxalın da azalmasına təsir edib”.

Amma həmsöhbətimiz hesab edir ki, azalmada ən ciddi faktor rolunda ötən ilin sonlarında qəbul olunan inzibati qərarlar çıxış edib:
"Keçən ilin sonlarında hibrid və elektromobillərlə bağlı vergi güzəştlərində müəyyən dəyişikliklər edildi. Nəticədə həmin
avtomobillərin həm idxal rüsumları, həm də bazardakı satış qiymətlərində artım baş verdi. Bu da həmin sahə üzrə topdansatışla məşğul olan sahibkarlara ciddi mənfi təsir göstərdi və daxili bazarda qiymət artımına gətirib çıxardı. Belədə, alıcılıq qabiliyyəti bir qədər də düşdü”.

Müsahibimiz deyir ki, idxal edilən avtomobillərin sayında əhəmiyyətli azalma ilkin mərhələdə bazarda qiymətlərin kəskin artımı ilə müşayiət olunub:

"Amma sonrakı dövrdə pərakəndə satışla məşğul olan sahibkarlar bazarda aılıcılıq qabiliyyətinin azalması və tələbin aşağı düşməsini hiss etməklə, özləri də qiymətləri aşağı saldılar. Lakin bununla belə, əvvəlki alıcılıq səviyyəsini bərpa etmək mümkün olmayıb”.

OXŞAR XƏBƏRLƏR