Ucarda minik maşını motosikletlə toqquşub.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib. Minik maşınının motosikletə çırpılması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü rayon sakini Xasməmmədov Teymur Çingiz oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.