Avtomobil oğrusu tutuldu

Avtomobil oğrusu tutuldu
Bütün Xəbərlər
14:17 21.08.2013
935

AZXEBER.COM EL TV-yə istinadən xəbər verir ki, Kəlbəcər rayon sakiniAzər Sahib oğlu Rzayevin avtomobilini oğurlayan Ağcabədi rayon Kəhrizli kənd sakini, 1982-ci il təvəllüdlüSəfa Vahid oğlu Qəhrəmanovtutulub. El televiziyasının məlumatına görə, Azər Rzayevə məxsus "VAZ 21015" markalı minik avtomobili bir neçə ay öncə Bərdədəki mal bazarının yaxınlığından yoxa çıxıb. Polisin bununla bağlı apardığı araşdırmalar nəticəsində Səfa Qəhrəmanov oğurladığı avtomobillə birgə şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı cinayət əməlini etiraf edən təqsirləndirilən şəxs bu yola əl atmasını avtomobil sürməyə marağının olması ilə əlaqələndirib. Ailə üzvlərinə avtomobili aldığını bildirən Səfa onun ön şüşə, mühərrik və qapı kilidlərini dəyişdirərək müxtəlif dövlət nömrə nişanları ilə idarə edib.

OXŞAR XƏBƏRLƏR