Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR
SOSİAL
22:03 09.08.2026
911
Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortası üzrə yeni yanaşmalar tətbiq ediləcək. Bununla bağlı danışan Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, nəzərdə tutulan dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək. AMB rəsmisinin sözlərinə görə, sığorta bazarında aparılan təkmilləşdirmələr sektorun dayanıqlığının artırılmasına yönəlib.

Digər tərəfdən, son dövrlərdə Kasko sığortasının qiymətlərində artım müşahidə olunur ki, bu da sürücülər arasında suallar doğurur.

Maraqlıdır, bu dəyişikliklər hansı zərurətdən irəli gəlir və sığorta bazarına necə təsir göstərəcək?

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Operativ, rahat, etibarlı...
 
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, Kasko sığortası ilə bağlı nəzərdə tutulan yeniliklər əsasən beynəlxalq təcrübəyə əsaslanır. Onun sözlərinə görə, bu dəyişikliklər yerli sığorta bazarının ümumi inkişafına da töhfə verəcək:

"Çünki həm ümumi sığorta bazarının, həm də xüsusilə könüllü sığortanın inkişafında Kasko sığortası əhəmiyyətli rol oynayır. Avtomobillərin daim hərəkətdə olması və nəticə etibarilə mütəmadi olaraq risklərlə üzləşməsi bu sığorta növünə marağı daha da artırır. Yeniliklərdən biri də vətəndaşların Kaskonu daha təkmil texnologiyalar və mobil tətbiqlər vasitəsilə operativ, rahat və etibarlı şəkildə əldə etmələrinin təmin olunmasıdır".

"Bahalaşma yeni nəsil avtomobillərlə əlaqəlidir"

Kasko sığortasının qiymətlərində müşahidə olunan artıma gəlincə isə, ekspert bildirir ki, bu, yeni nəsil avtomobillərlə əlaqədardır:

"Ölkəyə xüsusilə keçən ildən etibarən gətirilən yeni nəsil avtomobillərin ikinci əl ehtiyat hissələrinin olmaması, istər hibrid, istər plagin-hibrid və yaxud elektromobil avtomobillərin qiymətlərinin 20 min manatdan yuxarı olması faktı Kasko sığortasındakı qiymətlərə də bu və ya digər formada təsir göstərir. Çünki daha əvvəlki illərdə xüsusilə 15-20 min manat aralığında olan avtomobillər Kasko sığorta məhsulunu əldə edirdi.

Amma bu gün yeni nəsil avtomobillər olduğu üçün həm ehtiyat hissələri, həm də bazar qiymətləri nisbətən yuxarıdır. Amma bu o demək deyil ki, Kasko vətəndaşlar üçün əlçatan olmayacaq. Bu gün vətəndaşlarımız bu məhsulu sığorta şirkətlərindən hissəvi ödənişlərlə də əldə edə bilirlər. Gələcəkdə bu istiqamətdə mikro-sığorta mexanizminin tətbiq olunması nəticəsində az gəlirli əhali də eyni risk təminatlarından yararlanmaqla bu sığorta məhsulunu daha aşağı sığorta haqqı ödəməklə əldə edə biləcək".

Bahalaşan ehtiyat hissələri, artan təmir xərcləri
 
Nəqliyyat eksperti Adil Nəbiyev hesab edir ki, Kasko sığortasının qiymətlərində son dövrdə müşahidə olunan artımın əsas səbəblərindən biri avtomobillərin və ehtiyat hissələrinin bahalaşması, təmir xərclərinin artması, xüsusilə yeni nəsil hibrid və elektrik avtomobillərinin təmirinin daha baha başa gəlməsidir:

"Valyuta məzənnələri, inflyasiya, servis xidmətlərinin qiymətlərinin yüksəlməsi və qəza nəticəsində ödənilən sığorta ödənişlərinin artması da tariflərə birbaşa təsir göstərir. Digər tərəfdən, avtomobil parkının yenilənməsi və daha yüksək dəyərə malik nəqliyyat vasitələrinin sayının artması sığorta şirkətlərinin risklərini yüksəltdiyi üçün Kasko haqlarında artım müşahidə olunur".

"Problemlərin əhəmiyyətli hissəsi azalacaq"
 
Nəqliyyat eksperti qeyd edir ki, AMB-nin planlaşdırdığı yeni yanaşmalar bazarın daha şəffaf və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə xidmət edə bilər:

"Risklərin daha dəqiq qiymətləndirilməsi, müqavilə şərtlərinin daha aydın müəyyənləşdirilməsi, müştərilərin məlumatlandırılmasının gücləndirilməsi və sığorta məhsullarının standartlaşdırılması həm istehlakçı hüquqlarının qorunmasına, həm də sığorta bazarında etimadın artmasına müsbət təsir göstərə bilər.

Eyni zamanda, fərdi riskə əsaslanan qiymət formalaşması təhlükəsiz sürücülər üçün daha əlverişli tariflərin yaranmasına imkan verəcək. Hazırda sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri müqavilə şərtlərini tam anlamadan Kasko əldə etmələri, hansı risklərin sığortaya daxil olub-olmadığını bilməmələri, bəzi hallarda ödənişdən imtina səbəbləri ilə bağlı narazılıqların yaranması və zərərin qiymətləndirilməsi prosesinin uzun çəkməsidir.

Bundan əlavə, amortizasiya tətbiqi, orijinal və ya alternativ ehtiyat hissələrinin istifadəsi, "franchise" (özpayı) şərtləri və təmir servisinin seçimi də mübahisə yaradan məsələlərdəndir. Yeni yanaşmalar bu sahədə şəffaflığı artırarsa, standart müqavilələr və daha aydın qaydalar tətbiq olunarsa, bu problemlərin əhəmiyyətli hissəsinin azalacağı gözlənilir".

"Ucuz Kasko sərfəli seçim demək deyil"
 
Mütəxəssis vurğulayır ki, sürücülər Kasko sığortası seçərkən yalnız qiymətə deyil, həm də təminatın əhatə dairəsinə diqqət yetirməlidirlər:

"Müqavilədə hansı risklərin sığortalandığını, "franchise" məbləğini, ödənişdən imtina hallarını, avtomobilin hansı servisdə təmir ediləcəyini, orijinal ehtiyat hissələrinin istifadə olunub-olunmayacağını, ərazi məhdudiyyətlərini, əvəzləyici avtomobil xidmətinin olub-olmadığını və zərərin ödənilməsi müddətlərini əvvəlcədən dəqiqləşdirmək vacibdir. Ucuz Kasko hər zaman daha sərfəli seçim demək deyil. Əsas məsələ qəza baş verdikdə sığorta müqaviləsinin sürücünü real şəkildə qoruması və vəd olunan təminatın praktikada da tam icra edilməsidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?