Avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb

Avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
DÜNYA
00:34 09.11.2026
74
İrlandiyanın paytaxtı Dublində avtomobilin səkiyə çıxaraq bir qrup yeniyetməni vurması nəticəsində 8 nəfər xəsarət alıb.

RTE telekanalının məlumatına görə, hadisə şəhərin cənub hissəsində, kiçik mağazaların və iaşə obyektlərinin yerləşdiyi küçədə baş verib.

Qəza nəticəsində 7 yeniyetmə və avtomobili idarə edən 40 yaşlı qadın xəsarət alıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onların səhhətinin vəziyyəti barədə hələlik məlumat açıqlanmayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəzanın baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR