Avtomobili ilə polisi öldürən sürücü qəza yerindən qaçdı
Bütün Xəbərlər
09:02 10.08.2012
1200
Bakı-Astara magistral yolunda iki yük maşının toqquşması nəticəsində meydana gələn qəza zamanı hadisə yerində xidmət aparan bir polis əməkdaşı özü də qəzanın qurbanı olub. Belə ki, Qaradağ rayon polis idarəsi 11-ci polis bölməsinin baş serjantı 44 yaşlı Hacıyev Babagül Qədir oğlu yoldan keçən “Mitsubishi” markalı avtomobilin zərbəsi ilə üzləşib. Polis serjantı iş yoldaşları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çaidırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Polisi vuran sürücü isə idarə etdiyi avtomaşınla birgə hadisə yerindən yayınıb.Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsindən verilən məlumata görə, artıq Babagül Hacıyevi vuran sürücünün avtomaşını müəyyən edilərək polis bölməsinə gətirilib. Hazırda sürücünün də şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.